UEFA həftəiçi avrokuboklarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna "Qarabağ"ın Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA komandası ilə evdə heç-heçə (0:0) etməsi şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.125 əmsal əlavə edib.
"Neftçi" ilə "Zirə" isə məğlub olaraq reytinq hesabımızı artıra bilməyiblər.
Nəticədə cari mövsümdə qazanılan əmsal 1.875-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.437-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ən yaxın izləyicimiz Skovakiyanın 19,375 xalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 21,500-dür.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.