Neymar zədələndi

Neymar zədələndi
05 Sen 2026 13:35

Braziliyanın  “Santos” klubunun hücumçusu Neymar zədələnib.

News365.az xəbər verir ki, 34 yaşlı futbolçunun müayinədən keçdiyi və onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlandığı bildirilib.

Qeyd edilib ki, bu tip zədədən sonra bərpa müddəti 4-8 həftə arasında dəyişir.

Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.


Sizin reklam burada
Sizin reklam burada