FİFA-dan Türkiyə klubuna ağır ceza -24 xalla başlayacaq

FİFA-dan Türkiyə klubuna ağır ceza -24 xalla başlayacaq
17:31

FİFA İntizam Komitəsi Türkiyənin Nesine 2-ci Liqasında mübarizə aparan Adana Demirspora ağır cəza verib.


News365.az xəbər verir ki, qərara əsasən, klubun dörd ayrı dosyası üzrə ümumilikdə 24 xalı silinib. Bununla da Adana Demirspor 2026–2027 mövsümünə -24 xalla başlayacaq. 


Bu qərar Adana təmsilçisi üçün mövsüm başlamadan ciddi problem yaradıb. Komanda çempionatda ilk xalını qazanmaqla yanaşı, əvvəlcə mənfi balansı aradan qaldırmalı olacaq.


Adana Demirsporun FİFA-dan aldığı sanksiyalar bununla da diqqət çəkir. Klubla bağlı daha əvvəl də müxtəlif dosyalar üzrə xal silinməsi qərarları açıqlanıb. Avqust ayında üç dosya üzrə 18 xal, iyul ayında isə bir dosya üzrə 6 xal silinməsi barədə qərar verilmişdi. 


Beləliklə, bir vaxtlar Türkiyə futbolunun ən tanınmış komandalarından olan Adana Demirspor yeni mövsümə -24 xallıq ağır handikapla start verəcək.


Mövsüm başlamamış komandanın əsas mübarizəsi isə artıq yalnız rəqiblərlə deyil, mənfi xal balansı ilə də olacaq.


Sizin reklam burada
Sizin reklam burada