İstanbul derbisi : "Beşiktaş" "Fənər"ə qalib gəldi

İstanbul derbisi : "Beşiktaş" "Fənər"ə qalib gəldi
05 Sen 2026 23:40

Futbol üzrə Türkiyə Superliqasında IV turun mərkəzi oyunu keçirilib.

News365.az xəbər verir ki, "Fənərbağça" İstanbul derbisində "Beşiktaş"ı qəbul edib. "Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarını 9-a çatdıran "Beşiktaş" 2-ci pilləyə yüksəlib. "Fənərbağça" isə 4 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 10 xalla "Qalatasaray" başçılıq edir.


Sizin reklam burada
Sizin reklam burada