"Qarabağ" klubunun Mətbuat xidməti zədəli futbolçusu Elvin Cəfərquliyevlə bağlı açıqlama yayıb.
News365.az xəbər verir ki, klubun məlumatına görə, müdafiəçi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçirilən cavab oyununda zədələnib.
Bildirilib ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Bu isə o deməkdir ki, Elvin UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) ilə keçiriləcək oyunları buraxacaq.
“Qarabağ” “Tvente” ilə ilk oyunu avqustun 20-də səfərdə, cavab matçını isə avqustun 27-də Bakıda oynayacaq.