Putindən gözlənilməz Azərbaycan açıqlaması: "Bu gün Əliyevlə salamlaşdıq, hesab edirəm ki..."

Putindən gözlənilməz Azərbaycan açıqlaması: "Bu gün Əliyevlə salamlaşdıq, hesab edirəm ki..."
03 Sen 2025 22:45

Putin Azərbaycanla bağlı gözlənilməz açıqlama verib. 

News365.az xbər verir ki, Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində Azərbaycanla bağlı gözlənilməz dərəcədə yumşaq və barışıq tonlu açıqlama verib.

Putin bildirib: “Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Günün əvvəlində Kremlin təbliğatçılarının çıxışlarından belə görünürdü ki, Moskva Bakı ilə əlaqələri qoparmaq ərəfəsindədir və artıq “soyuq münasibətlər” açıq şəkildə vurğulanır. Bu səbəbdən Putindən sərt bəyanatlar gözlənilirdi. Lakin əksinə, Rusiya liderinin açıqlaması kifayət qədər diplomatik və barışıq mesajı daşıyırdı.

Bu sözlər həm də onu göstərir ki, İlham Əliyevlə təmas təşəbbüsü məhz Putinin özünə məxsus olub. Dövlət başçısının yumşaq tonu, ilk addımı atması Kremlin təbliğatçılarının gün ərzində apardığı aqressiv kampaniyaya dolayı cavab kimi də dəyərləndirilə bilər.

Beləliklə, Rusiya prezidentinin açıqlaması Moskvanın Azərbaycanla münasibətlərdə körpüləri tam yandırmaq niyyətində olmadığını nümayiş etdirdi./Musavat.com


Sizin reklam burada
Sizin reklam burada