"Plastik cərrahların sənədlərinin yoxlanılması gələn ay başa çatacaq"- Nazir

"Plastik cərrahların sənədlərinin yoxlanılması gələn ay başa çatacaq"- Nazir
15 Mar 2025 15:51

"Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq".

News365.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək”, - nazir qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada