Terror təşkilatı PKK-nın 5-7 may tarixlərində 12-ci qurultayı keçirilib.
News365.az xəbər verir ki, bu haqda NTV telekanalı məlumat yayıb.
Məlumata görə, qurultayda qəbul edilən qərar qısa zamanda açıqlanacaq.
NTV-nin Ankara xəbər direktoru Uğur Şevkat canlı efirdə baş verənləri belə dəyərləndirib:
“Konqresin qərarını təxmin edə bilərik. Əks qərarın verilmə ehtimalı çox azdır. Tərkisilah və dağılma qərarı böyük ehtimalla gələcək”.