"Paşınyan istəsəydi konstitusiya çoxluğu əldə edə bilərdi. 71 deputat bəs edirdi. Etmədi. Onun partiyası indi təkbaşına hökuməti dəstəkləyir. Amma konstitusiyanı dəyişmək, yeni konstitusiya qəbul etmək üçün üçdə iki səs lazımdır (105-35=70+1). Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün ya deputatların üçdə birinin, ya hökumətin, ya da 200 000 vətəndaşın imzası lazımdır".
Bunu politoloq Sahib Məmmədov deyib.
O, əlavə edib ki, bu variantların hər üçü Paşinyan üçün problem deyil:
"Amma hər üç halda bu layihənin qəbulu üçün ən azı 71 səs verilməlidir. Paşınyan burda iki yol seçə bilər:
1. Paşınyan başqa partiyalardan olan daha 7-8 nəfəri belə problemi həll edə bilər.
2. Paşınyan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı hökumətin təklifini parlamentə təqdim edir. Təklif parlamentdə səsləri toplamır.
Bundan sonra heç bir ölkə Paşinyan hökumətini nəinki qınamayacaq, bunu demokratiyanın təntənəsi kimi qəbul edəcəklər.
Yenə də "Paşınyan küçədən gəlib, naşıdı"və s. deyiib keçin. Adam o boyda Rusiyanı və Avropa İttifaqını barmağına dolayıb. Bütün quruluşları basıb və seçki keçib, amma elə edib ki, hamı deyir demokratik seçki keçirilib. Konstitusiya Məhkəməsinin polislə qovub uyğun KM yaradıb. Bir təhlükə olan dövlətlərin hamısı ilə dostluq edir. Arada bizim cəmiyyətin o qədər də ayıq olmayan bəzilərinin canına yağ kimi yayılan zərərlər verir.
Bu arada bizləri də anti-Paşinyan mövqeli sayıb qınayırlar. Özü də təkcə yalnız üstün yox, həm də... "