Doğrudanmı, xaricdə “Enterprise Promotion” dedikdə məhz Azərbaycan yada düşəcək?..

Doğrudanmı, xaricdə “Enterprise Promotion” dedikdə məhz Azərbaycan yada düşəcək?..
09:23

Prezidentin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiq olunub. Bütövlükdə, çox müsbət addımdır.

Bununla bağlı danışan iqtisadçı Əkrəm Həsənov xatırladıb ki, hələ ilin əvvəlində bu qurum “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxslərinin birləşdirilməsi nəticəsində yaradılıb:

“Özü də yeni qurum publik hüquqi şəxs deyil. Bunun özü də çox düzgün addımdır. Son illər ərzində əksər dövlət qurumları publik hüquqi şəxs statusunda yaradılır və bu da idarəetmədə pərakəndəliyi və sistemsizliyi artırır (ayrıca mövzudur, yaxında buna əlahiddə yazı həsr edərəm). İlk dəfədir ki, əks proses baş verdi. Yeni qurum sadəcə İqtisadiyyat nazirliyinin qurumu, yəni dövlət orqanı olacaq.

Əsasnamənin 4.1.3-cü bəndində yeni Agentliyin hüququ qismində bu göstərilir: “Azərbaycan Respublikasının investisiya və ixrac potensialının, habelə Agentliyin fəaliyyətinin ölkə daxilində və beynəlxalq səviyyədə təşviqi məqsədilə “Enterprise Promotion” brendindən istifadə etmək, o cümlədən kommunikasiya vasitələrində Agentliyi bu adla təqdim etmək”. “Enterprise Promotion” sahibkarlığın təşviqi deməkdir. Bildiyim qədər bizdə artıq “Enterprise Azerbaijan” brendi var və hər kəsdə ölkəmizlə assosiasiya yaradır. “Enterprise Promotion” isə çox ümumi ifadədir və Azərbaycanla bağlılığı yoxdur. Əlbəttə, coğrafi bağlılığı olmayan brendlər də çoxdur. Amma konkret bu halda uğursuz görünür. Brendin məqsədi tanınmaq və etimad doğurmaqdır. İngilis dilindəki brend yəqin ki, yerli deyil, daha çox xarici auditoriyaya hesablanıb. Doğrudanmı, xaricdə “Enterprise Promotion” dedikdə məhz Azərbaycan yada düşəcək?..”

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada