Salyanda ağır qəza olub- bir nəfər ölüb

Salyanda ağır qəza olub- bir nəfər ölüb
20:20

Salyanda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində sürətlə hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Əsədova Səlbi hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. 

Hadisənin səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada