Tramp İrana
qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan etdi.
O, bu
iqtisadi müharibənın detallatını açıqlamasa da, çox güman ki, onun əhatəsi
İranı aşacaq və onunla iqtisadi əlaqələri davam etdirən ölkələrə, banklara və
şirkətlərə də yönəldiləcək.
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, llk və əsas hədəf İranın neft
gəlirləridir:
“Həm də əsas
hədəf həm də yenə Çindir. 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi
neftin 80%-dən çoxunu Çin alıb. Deməli, İranın neft gəlirlərini ciddi şəildə
azaltmaq üçün ABŞ faktiki olaraq İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmalıdır.
İkinci
istiqamət İranla işləyən xarici banklara, neft şirkətlərinə, gəmiçilik şirkətlərinə
və digər vasitəçilərə qarşı sanksiyaların genişləndirilməsidir. İranın bank
hesablarının, valyuta əməliyyatlarının və beynəlxalq ödəniş kanallarının daha
ciddi məhdudlaşdırılması da gözlənilir.
ABŞ 2026-cı
ilin əvvəlindən İranla əlaqəli 1000-dən çox şəxsə, gəmiyə və hava vasitəsinə
artıq sanksiya tətbiq edib.
Təzyiq öz nəticəsini
də göstərir. Müharibədən əvvəl İran neftinin orta yüklənməsi gündə təxminən 1,8
mln. barel olduğu halda, son bir ayda bu göstərici 500 min bareldən aşağı
düşüb.
İran
iqtisadiyyatının vəziyyəti isə onsuz da ağırdır. İyulda illik inflyasiya 66%-ə,
ərzaq qiymətlərində illik artım isə 128%-ə çatıb. Buna görə yeni məhdudiyyətlər
ölkənin valyuta gəlirlərinə, büdcəsinə və daxili qiymətlərə əlavə təzyiq yarada
bilər.
Amma məsələnin
digər tərəfi də var. İran neftinin dünya bazarından daha çox çıxması və Hörmüz
boğazı ətrafında risklərin artması neft qiymətlərini 100 dolların üzərinə yüksəldə
bilər və bu daha uzun dövrü əhatə edə bilər. Tramp anons etdiyi kimi davranarsa
qiymətin sərt yüksəlişi 1/2 ehtimaldır.
Beləliklə,
Trampın yeni iqtisadi strategiyası yalnız İranı seçim qarşısında qoymur. İranla
işləyən ölkələr və şirkətlər də ABŞ bazarı və maliyyə sistemi ilə İran arasında
seçim etmək məcburiyyətində qala bilərlər.
Əlqərəz, by
iqtisadi müharibənin hədəfi İran olsa da, onun iqtisadi təsirləri İranın sərhədlərindən
xeyli kənara çıxa bilər və qlobal inflyasiyanın sürətlənməsi və dünya
iqtisadiyyatının digər sahələrində əlavə təzyiqlərin yaranması da qaçılmaz ola
bilər”.
News365.az