Polis avqustun 20-də 61 cinayətin açılmasını təmin edib.
News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, avqustun 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Məlumata əsasən, axtarışda olan ümumilikdə 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96 nəfər borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.