Paytaxtın Bakıxanov qəsəbəsində 78 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
News365.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 78 nömrəli marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib. Dördpendirli pizza
Qeyd edək ki, 78 nömrəli marşrut Bakıxanov qəsəbəsi ilə Azər Manafov küçəsi arasında fəaliyyət göstərir.