ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcısı doqquz aylıq missiyadan sonra geri qayıtmaq üçün yola çıxıb.
News365.az xəbər verir ki, təxminən 5 min hərbçinin xidmət etdiyi gəmi 272 günlük missiyanın böyük hissəsini dənizdə keçirib. Missiyanın mühüm hissəsi ABŞ-ın İrana qarşı əməliyyatlarına dəstəklə bağlı olub.
Aviadaşıyıcıda missiya zamanı təchizat çatışmazlığı, su və santexnika problemləri, eləcə də şəraitin pisləşməsi barədə məlumatlar yayılıb.