Emin Əmrullayev Gürcüstandadır - FOTOLAR

Emin Əmrullayev Gürcüstandadır - FOTOLAR
09:45

Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.

News365.az xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində, xüsusilə ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. 

Səfər çərçivəsində E.Əmrullayev sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.










Sizin reklam burada
Sizin reklam burada