Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
12:31

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.

News365.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında bildirib. 

    “Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.


    Sizin reklam burada
    Sizin reklam burada