NASA-nın kosmik aparatı Yerdən bir işıq günü uzaqlaşıb.
News365.az xəbər verir ki, NASA-nın Voyager 1 kosmik aparatı Yerdən təxminən bir işıq günü məsafəsinə çatıb.
Bu o deməkdir ki, Yerdən göndərilən radio siqnalının kosmik aparata çatması təxminən 24 saat çəkir. 1977-ci ildə kosmosa buraxılan aparat Günəş sistemindən kənarda fəaliyyətini davam etdirir.