Alimlər 10 milyardda bir baş verən hadisənin izini tapıblar.
News365.az xəbər verir ki, CERN-in Böyük Adron Kollayderində çalışan alimlər son dərəcə nadir hissəcik parçalanmasına dair ilk sübutları əldə ediblər.
Araşdırmaya görə, bu proses təxminən 10 milyard hadisədən yalnız birində baş verə bilər. Alimlər bu nəticənin yeni hissəciklərin və fizikanın hələ məlum olmayan qanunlarının öyrənilməsinə kömək edəcəyini düşünürlər.