Astronomlar iki ulduzun birləşməsini müşahidə ediblər.
News365.az xəbər verir ki, astronomlar Andromeda qalaktikasında iki ulduzun birləşməsi prosesini araşdırıblar.
NASA-nın Ceyms Vebb teleskopunun məlumatları əsasında alimlər bir ulduzun digərini öz daxilinə çəkərək onunla birləşdiyini müəyyən ediblər. Hadisə astronomlara ulduzların həyat dövrünü daha yaxşı anlamağa kömək edə bilər.