Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər

Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
16:33

Amerikalı alimlər ilk dəfə Ay torpağının analoqunda kartof yetişdiriblər. Təcrübə zamanı torpağa üzvi kompost əlavə edilib.

News365.az xəbər verir ki, Oreqon Dövlət Universitetinin məlumatına görə, kompost torpağın üçdəbirini təşkil etdikdə kartof normal inkişaf edərək yumrular əmələ gətirib.

Alimlər məhsulda zəhərli maddələrin toplandığına və qida dəyərinin azaldığına dair əlamət aşkarlamayıblar. Tədqiqat Ayda gələcəkdə qida istehsalı və uzunmüddətli məskunlaşma imkanları baxımından mühüm addım hesab olunur.



Sizin reklam burada
Sizin reklam burada