Onların ikisini də israillilər öldürüb - Keçmiş “Sepah”çıdan iddia

Onların ikisini də israillilər öldürüb - Keçmiş “Sepah”çıdan iddia
16:17

"Hətta cənab Rəisini israillilərin öldürdüyünə inanıram. Baxmayaraq ki, buna heç bir sübutum yoxdur".

News365.az xəbər verir ki, bunu İranın keçmiş müdafiə naziri müavini Hüseyn Əlai bildirib.

"Düşünürəm ki, cənab Haşemi Rəfsəncanini (İranın sabiq prezidenti - red.) israillilər öldürüb. Bu, mənim fikrimdir. Buna heç bir dəlilim yoxdur, amma düşünürəm ki, israillilər müharibəni cənab Haşemi Rəfsəncanini qətlə yetirməklə başlayıblar. Lakin məntiq deyir ki, israillilər müharibəni o vaxtdan başlayıblar. Hətta cənab Rəisini israillilərin öldürdüyünə inanıram. Baxmayaraq ki, buna heç bir sübutum yoxdur".


Sizin reklam burada
Sizin reklam burada