Oğuzda iribuynuzlu heyvan yol qəzasına səbəb olub, ölən və xəsarət alan var

Oğuzda iribuynuzlu heyvan yol qəzasına səbəb olub, ölən və xəsarət alan var
06 Sen 2025 23:50

Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

News365.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada