Bakıda yeraltı keçiddə ölüm hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsində, "Lotos" ticarət mərkəzinin qarşısındakı keçiddə qeydə alınıb.
Yolu keçmək üçün keçidə düşən, 60 yaşlı Əhmədov Aydın Səfər oğlu pilləkənlərdən yıxılıb.
Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.