Biləsuvarda 45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Biləsuvarda 45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
21 Okt 2025 23:10

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub. 

News365.az xəbər verir ki, hadisə rayonun mərkəzində, Avtovağzal ərazisində baş verib. 

Belə ki, rayonun Ovçubərə kənd sakini 1980-cı il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan R. Mikayılov rayon xəstəxanasına hospitalizasiya olunub.

İlkin versiyada, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub. 

R. Mikayılovun Bakıdan gəlməsini eşidən qonşusu onu taparaq bıçaqlayıb.


Sizin reklam burada
Sizin reklam burada