Naxçıvanda yeni qurum yaradılıb

Naxçıvanda yeni qurum yaradılıb
14 Apr 2025 16:12

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Təhlükəli Tullantı Poliqonu" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, təsərrüfathesablı "Təhlükəli Tullantı Poliqonu" MMC muxtar respublika ərazisində əlvan və qara metal tullantıları istisna olmaqla, təhlükəli tullantıların, o cümlədən istehsalat, tibbi, yararsız tullantıların, zərərli kimyəvi maddələrin, civə və civə birləşmələrinin yığılması (toplanması), daşınması, yerləşdirilməsi, çeşidlənməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə işləri yerinə yetirəcək.


Sizin reklam burada
Sizin reklam burada