Soyuducuda saxlanılan bütün məhsullar eyni müddət ərzində təzə qalmır.
News365.az xəbər verir ki, soyuducunun müxtəlif hissələrində temperatur fərqlənə bilər. Qapının rəflərində temperatur daha çox dəyişdiyindən tez xarab olan bəzi məhsulların burada saxlanılması məsləhət görülmür.
Mütəxəssislər xüsusilə ət, balıq və digər tez xarab olan məhsulların uyğun temperaturda və düzgün qablaşdırılaraq saxlanılmasının vacib olduğunu bildirirlər.
Bundan başqa, isti yeməyin uzun müddət otaq temperaturunda saxlanılması da qida təhlükəsizliyi baxımından risk yarada bilər.