Bəzi insanlar yuxuda uzun müddət keçdiyini düşünür, bəziləri isə çox qısa bir zaman ərzində çoxsaylı hadisələr gördüyünü xatırlayır.
News365.az xəbər verir ki, yuxu zamanı zamanın necə hiss olunması ilə bağlı dəqiq mexanizm tam aydın olmasa da, yuxuların yaddaşda saxlanılması və xatırlanması prosesinin zaman qavrayışına təsir edə bildiyi məlumdur.
İnsan yuxudan oyandıqda gördüyü hadisələri ardıcıl şəkildə xatırlaya bilər. Lakin bu, həmin hadisələrin yuxuda eyni müddət ərzində baş verdiyini göstərmir.
Bu səbəbdən yuxuda bir neçə saatlıq hadisə yaşanmış kimi hiss etmək həmin yuxunun real vaxtda da saatlarla davam etdiyi anlamına gəlmir.