Müctəba Xamenei yeni mesaj yaydı

Müctəba Xamenei yeni mesaj yaydı
11:30

Çoxdandır susqunluq nümayiş etdirən İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei şiə dünyasının tanınmış alimlərindən olan Ayətullah əl-üzma Şübeyri-Zəncaninin vəfatı ilə bağlı başsağlığı verib.

News365.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Müctəba Xamenei mesajında Ayətullah Şübeyri-Zəncanini yüksək səviyyəli fəqih və şiəliyin aparıcı tədqiqatçılarından biri kimi xarakterizə edib.

O bildirib ki, mərhum alim ömrünün ilk uşaqlıq illəri istisna olmaqla, bütün həyatını elm öyrənməyə, tədrisə və araşdırmaya həsr edib.

Xatırladaq ki, Ayətullah Müctəba Xamenei İranın ali rəhbəri seçiləndən sonra ictimaiyyət qarşısına çıxmayıb.


Sizin reklam burada
Sizin reklam burada