Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft-mədən fakültəsinin tədris işləri üzrə dekan müavini Zivər Fərzəlizadə vəzifəsindən ayrılıb.
Bununla bağlı rektor Rüfət Əzizov əmr imzalayıb.
Zivər Fərzəlizadə, eyni zamanda 2020-2026-cı illərdə auditoriyada mühazirə deyib. 2018-2023-cü illərdə isə tyutor, daha əvvəl isə laborant işləyib.
O, ADNSU-nun o zamankı rektoru Vazeh Əskərovun əmrinə əsasən, Qaz-neft-mədən fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunmuşdu./Yurd.Media/
