Yapon alimləri dünyanın ilk taxta peykini – LignoSat-ı kosmosa göndəriblər.
News365.az xəbər verir ki, 2024-cü ilin noyabrında orbitə çıxarılan peyk Kioto Universiteti və Sumitomo Forestry şirkətinin birgə layihəsidir.
Peykin hazırlanmasında ənənəvi materiallardan fərqli olaraq maqnoliya ağacından istifadə edilib. Layihənin əsas məqsədi ağacın kosmosun sərt şəraitində necə davrandığını öyrənmək və gələcəkdə kosmik tullantıların azaldılması üçün alternativ materialları sınaqdan keçirməkdir.
Alimlərin fikrincə, ənənəvi metal peyklər atmosferə daxil olarkən yanaraq alüminium oksid hissəcikləri yarada bilər. Taxta peyklər isə atmosferə qayıdarkən yanaraq daha az çirkləndirici qalıq buraxa bilər.