Türkiyədə 34 vilayətdə keçirilən əməliyyatlarda 81 miqrant qaçaqmalçılığı təşkilatçısı saxlanılıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jandarm qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində saxlanılan 81 nəfərdən 63-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyatlar zamanı, həmçinin 2 116 qanunsuz miqrant saxlanılıb.