NATO-nun Şərqi Avropadakı hərbi fəallığı davam edir. Alyansın üzvü olan Litvada iki böyük hərbi təlimə start verilib. Manevrlərə bir neçə Avropa ölkəsinin hərbi kontingenti və minlərlə hərbçi cəlb olunub.
News365.az RT telekanalına istinadən xəbər verir ki, "Freedom Shield 26-II" və "Grand Eagle 26" adı altında keçirilən təlimlər noyabrın 6-dan dekabrın 3-dək davam edəcək.
Hərbi manevrlərdə 6 mindən çox hərbçi iştirak edir. İştirakçılar arasında Litvanın iki zirehli briqadası, eləcə də Almaniyanın 10-cu Panzer Diviziyasına daxil olan motoatıcı briqada yer alır.
Təlimlərə Almaniya, Niderland, Norveç, Çexiya, Xorvatiya, Belçika və Lüksemburqun hərbçilərindən ibarət NATO-nun Çoxmillətli Döyüş Briqadası da qoşulub.
Manevrlərin əsas hədəfi hərbi personalın döyüş hazırlığını yüksəltmək, müxtəlif ölkələrin silahlı qüvvələri arasında koordinasiyanı və birgə əməliyyat imkanlarını gücləndirməkdir.
"Freedom Shield 26-II" Rudninkai, "Grand Eagle 26" isə Pabrade yaxınlığındakı hərbi poliqonlarda keçirilir.
News365.az