Bu gün Milli Məclisdə "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyyə edilib.
News365.azxəbər verir ki, məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1RSC Limited" şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.