Moskvaya kütləvi dron hücumları edildi

Moskvaya kütləvi dron hücumları edildi
16 Avq 2026 10:00

Ukrayna silahlı qüvvələri Rusiyanın Moskva vilayətinə hava hücumları edib.

News365.az xəbər verir ki, hücum nəticəsində Koledinoda "Wildberries" şirkətinin anbarında və Domodedovoda yerləşən “Severnoye Domodedovo” multimodal logistika kompleksində yanğın baş verib.

Moskva meri Sergey Sobyanin bildirib ki, şənbə axşamından etibarən Moskva vilayəti istiqamətində 600 dron buraxılıb. Onlardan 201-i vilayət ərazisində məhv edilib.

 


Sizin reklam burada
Sizin reklam burada