Misirin məşhur aparıcısı edama məhkum edildi

Misirin məşhur aparıcısı edama məhkum edildi
12:45

Misir məhkəməsi tanınmış televiziya aparıcısı Sara Xalifa və daha 11 təqsirləndirilən şəxsə narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə ölüm hökmü çıxarıb.


News365.az xəbər verir ki, bu barədə “Əl-Əhram” telekanalı məlumat yayıb.


Məlumata görə, təqsirləndirilən şəxslər narkotik istehsalı üçün xammal alınması ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat yaratmaqda ittiham olunublar.


İstintaq zamanı 750 kq-dan çox narkotik maddə və onların istehsalı üçün xammal müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik laboratoriyalarına çevrilmiş iki mənzil və lisenziyasız silah və sursat arsenalını aşkar ediblər.


Qeyd edək ki, Xalifa ötən ilin aprelində Qahirədə saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada