Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub- YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub- YENİLƏNİB
21 Okt 2026 15:16

Bakı şəhəri, Xəzər rayonunda yanğın hadisəsi səbəbilə 1990-cı il təvəllüdlü şəxs (qadın) 21 oktyabr tarixində saat 02:30 radələrində Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News365.az-a TƏBİB-dən bildirilib.

    "Dəqiqləşdirilməmiş qazların, tüstülərin və buxarların toksik təsiri diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

    ***

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən News365.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənərək digər mənzillərə və yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 93kv.m. olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25kv.m. sahədə yanıb. 

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.


    Sizin reklam burada
    Sizin reklam burada