Mirzoyan Azərbaycanın şərtindən danışdı

Mirzoyan Azərbaycanın şərtindən danışdı
15:22

"Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmir, lakin sülh sazişinin imzalanması üçün bunu ilkin şərt kimi irəli sürür".

News365.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan parlamentin Xarici əlaqələr komissiyasının iclasında bildirib.

“Azərbaycan tərəfindən Ermənistana Konstitusiyanı dəyişdirmək tələbi yoxdur. Azərbaycan bunu tələb etmir, sadəcə açıq şəkildə bildirir ki, iradə nümayiş etdirib, sənədi paraflayıb, öhdəlik götürüb, lakin Ermənistan əsas qanununu dəyişdirməyənədək onu imzalamayacaq”, – deyə Mirzoyan qeyd edib.

Nazirin sözlərinə görə, “tələb” və “ilkin şərt” anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr ayında Azərbaycanla Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin müzakirə olunmadığını bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada