Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu

Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
14:10

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.


News365.az xəbər verir ki, siyahıda idman şərhçisi, keçmiş futbol hakimi Ahmet Çakar da var.

Qeyd edək ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, 31 Türkiyə vətəndaşının Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.


Sizin reklam burada
Sizin reklam burada