Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.
News365.az xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov məlumat verib.
O dostlarını Firuzə İbadovaya baş çəkməyə çağırıb: pizza mizza
“Xırda bir şey deyil, böyük əməliyyatdır. Onun yanına ikinci dəfədir gəlirəm. İstəyərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. O cür gözəl sənətkardır. Çox istəyərdim ki, səhhəti yaxşı olanda onunla görüşənlər indi də gəlib görüşsünlər.
2 aydır yataqdadır, 2 böyük əməliyyat keçirib. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Borcumuzdur onun yanında olaq. Həmişə mehriban olub. Bu gün yanında qızı Hülyadır. Səhərdən axşama qədər onun qayğısına qalır”.