Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılaşmalar çərçivəsində Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankerinin oktyabrın 22-də yola salınacağını bəyan edib.
News365.az xəbər verir ki, rusiyalı rəsmi birinci partiyanın həcmi və gələcək tədarüklər barədə də vacib detalları açıqlayıb.
Novak bildirib ki, yola düşəcək ilk tankerin su basımı (yük həcmi) 40 min tondur.
Rusiya tərəfi öz imkanları daxilində Birləşmiş Ştatların dizel yanacağına olan tələbatını ödəyəcək və növbəti tankerlərin də yaxın zamanlarda ABŞ istiqamətində yola salınması planlaşdırılır.