Pentaqon Şimali Karolinada qabaqcıl mikroçiplərin istehsalı üçün 1,5 milyard dollar ayıracaq.
News365.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp ştatdakı seçkiqabağı çıxışında açıqlayıb:
"Müdafiə Nazirliyi Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalı üçün 1,5 milyard dollar sərmayə qoyacaq".
Amerika prezidenti artıq ABŞ-ın özünün irimiqyaslı mikroçip fabriklərini qurduğunu və gələcəkdə çip idxalına ehtiyac duymayacağını bildirmişdi.