Minlərlə qanunsuz miqrant bu ölkədən qovulur

Minlərlə qanunsuz miqrant bu ölkədən qovulur
11:03

Portuqaliyanın müvəqqəti hökuməti ölkədəicazəsiz yaşayan 18 minə yaxın əcnəbini çıxarmaq istəyir.

Məlumatı Associated Press yayıb.

Məlumata əsasən Prezidentin naziri Antonio Leitão Amaro Portuqaliyada qanunsuz olaraq qalan 18 min şəxsə ölkəni tərk etmələri üçün bildiriş göndəriləcəyini deyib.

Xaricilər gələn həftədən bildiriş almağa başlayacaqlar. Birinci dalğada belə bildirişlər Portuqaliyanı könüllü olaraq tərk etmək üçün 20 gün vaxtı olacaq təxminən 4,5 min insana çatdırılacaq.


Sizin reklam burada
Sizin reklam burada