Xəbər
verdiyimiz kimi ötən gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini
təsdiqləyib. Bundan sonra isə Komissiyanın yığıncağında sədr, müavinlər və katiblər
seçilib. Və Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Halbuki o. 26 ildir
ki, bu vəzifəni daşıyırdı. Ona görə də çoxları hesab edir ki, nəhayət Məzahir Pənahov
təqaüdə gödəriləcək. Amma heç nə gözlənildiyi kimi olmadı.
Təbii ki, bu
da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Hüquqşünas Əkrəm
Həsənov deyir ki, ötən gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibi işinə
başlayıb:
“18 nəfərdən
ibarətdir. Sədrin maaşı 12000 manat, müavininin maaşı 11000 manat, iki
katibinin maaşı 10000 manat, üzvlərinin maaşı isə 9000 manatdır. Yəni hər ay təkcə
bunlara büdcədən 169000 manat pul ödənilir. İl ərzində isə 2 028 000 manat
edir. Ezamiyyə xərcləri, mükafatlar-filanla bərabər daha çox edir yəqin ki! Bu
qədər üzv nəyimizə lazımdır axı? Təklif edirəm ki, tərkibi üç dəfə azaldaq (6 nəfər
olsun) və büdcə vəsaitinə də qənaət edək... İdeal variant isə elə təkcə sədrin
olmasıdır. Hətta maaşını da iki dəfə artırmaq şərtilə...”
News365.az