Emin Əmrullayevin süni intelekt sevdasına İCTİMAİ TƏPKİ: "Başı bağ evinin tikintisinə qarışıb"

Emin Əmrullayevin süni intelekt sevdasına İCTİMAİ TƏPKİ: "Başı bağ evinin tikintisinə qarışıb"
14:52

Elm və Təhsil naziri Emin Əmrullayev deyib ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək:

“Süni intelekt materialı artıq müəllifdən  daha yaxşı təqdim edir”.

Təbii ki, nazirin bu fikri birmənalı qarşılanmayıb. Və sosial səhifələrdə bir çoxları nazirin fikri ilə razılaşmayıb. Hətta bu fikirlərə görə onu sərt tənqid edənlər də olub.

Məsələn, Samir Feyruzov özünün sosial səhifəsində yazır:

“O, haqlıdır, ölkədə dərs yoxdursa, dərslik də olmamalıdır. Təhsil yoxdursa, Təhsil Nazirliyi də olmamalıdır. Ən yaxşısı, Təhsil Nazirliyi ləğv edilsin! Süni intellekt mərkəzləşdirilmiş sistem və sahəvi prinsiplər əsasında nazir vəzifəsini də idarə edə bilər. O zaman sənə nə ehtiyac var? Öncə sən get!

Emin Əmrullayev kimi adamların Azərbaycanı hansı fəlakətə sürüklədiyini anlamaq istəmirik. Süni intellekti yaradan ölkələr köhnə təhsil sisteminə dönüş edir, əl yazısına, kitaba qayıdır. Avropada təxminən 20-30 əvvəl Əmrullayev kimi düşünürdülər. Çində adi fəhlə Əmrullayevdən daha çox texnoloji biliklərə sahibdir, amma orada bu adam kimi düşünən yoxdur. Bir xalqın taleyini datadan, internetdən asılı hala gətirməyi məqbul hesab edən Əmrullayevin sayıqlamaları başadüşüləndir.

Çünki özünə bağ evi tikdirir və başı ona qarışıqdır. Hətta bir neçə gün öncə yeni tikilən villasında susızması nəticəsində bütün əməyi batdı, ziyana düşdü. Əsəbləri korlanıb.

Övladlarımızı laboratoriya alətinə çeviriblər, elə bil zonbi yetişdirirlər. 3-4-cü sinif dərsliklərinə sintaktik təhlil, ƏBOB, ƏKOB salan zehniyyət bundan artıq olmayacaq ki...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada