Avqustun 16-na keçən gecə MLS müntəzəm çempionatında argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Neşvill"in qonağı olub
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Hani Muxtar dubl edib. Digər qolları isə Endi Naxar və Sem Sarric vurublar.
"İnter Mayami"nin heyətində Telasko Seqoviya fərqlənib. Məhsuldar ötürmə ilə yadda qalan Messi oyunun gedişatında penaltini qola çevirə bilməyib.