Merkel Merzi kansler kimi görür

Merkel Merzi kansler kimi görür
24 Dek 2024 09:20

Xristian Demokrat İttifaqının lideri Fridrix Merz Almaniya kansleri postuna uyğun namizəddir. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel Table.Media media holdinqinin podkastında bildirib.

“O (Merz. — red.) bu məqsədə çatmaq, kansler postuna namizəd olmaq üçün uzun müddət çalışıb”, – deyə Merkel qeyd edib və siyasətçiyə uğurlar arzulayıb.

Keçmiş kansler diqqəti ona yönəldib ki, hazırda bu mövqedə olacaq şəxs əhalinin bəyəndiyi və insanların siyasətdən gözlədiklərinə uyğun olmalıdır. Kansler belə bir siyasi əqidəyə malik olmalıdır. O vurğulayıb ki, hazırda Almaniyada iqtisadi məsələlər ön plana çıxır.

Tural


Sizin reklam burada
Sizin reklam burada