Bir vaxtlar ölkəmizin şou-biznesinə daxil olan “cücələr” bir müddət sonra bu sektorda saç ağartmışlara qarşı boylarından böyük hoppanaraq gündəmə gəlməyə çalışır və bununla da özlərini reklam edirdilər. Son zamanlarda isə şou-biznes təmsilçilərinin yerini mediada “mən də varam” deməyə çalışan Zurnalistlər tutub. Onlar müxtəlif mövzularla gündəmə gəlmək, like toplamaq, qalmaqalla özlərini gözə soxmağa çalışırlar.
Son dövrlər hər gün səhər Fatih Altaylının Silivri cəzaevindən yazdığı məktubları, Yılmaz Özdili dinləyirəm. Altaylının boş kreslosu hər gün 100 mindən çox baxış yığır.Təkcə dinləmir, müəyyən fikirlərini də qeyd edirəm ki, lazım olanda istinad edib istifadə edim.
Bizdə isə sosial mediada yayılan hər videonu yerləşdirib, zorla nəsə şərh etməyə çalışan Zurnalistlərə təklifim budur: arada ciddi jurnalistlərə baxın, dinləyin, oxuyun və sonra güzgünün qarşısına keçib özünüzə baxıb düşünün.