Gürcüstan hökuməti Ukraynaya generatorlar göndərəcək

Gürcüstan hökuməti Ukraynaya generatorlar göndərəcək
31 Okt 2025 17:33

Gürcüstan hökuməti Ukraynaya humanitar dəstək məqsədilə generatorlar göndərmək qərarını təsdiqləyib.

News365.az "InterPress.ge"yə istinadən xəbər verir ki, müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb.

Hökumətin bu gün keçirilən iclasında qəbul edilən qərara əsasən, təxminən 550 000 dollar dəyərində müxtəlif növ generatorlar alınacaq və Ukraynaya təhvil veriləcək. Generatorların alınmasını Gürcüstan Enerji İnkişaf Fondu həyata keçirəcək.

Layihənin məqsədi Ukraynada davam edən enerji çatışmazlığı fonunda vital infrastrukturun və əhalinin enerji təminatına dəstək göstərməkdir.

Rəsmi məlumata görə, bu addım Gürcüstanın Ukrayna ilə dostluq və həmrəylik münasibətlərinin davamı kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada