NASA ilkə imza atdı

NASA ilkə imza atdı
31 Okt 2025 17:25

NASA və Lockheed Martin tərəfindən hazırlanmış X-59 səssiz səsdən sürətli uçuş dövrünün başlanğıcını qoya biləcək ilk addımı atdı. Kaliforniya üzərində uğurlu sınaq gələcəkdə Nyu-York və Los Anceles arasında səyahət vaxtını iki dəfə azalda bilər.

News365.az xarici mediaya istinadən xəbər verir ki, NASA kommersiya hava səyahətində inqilab edə biləcək səssiz səsdən sürətlə uçan təyyarənin yaradılması layihəsində mühüm mərhələ keçib.


Amerika Kosmik Agentliyi və Lockheed Martin tərəfindən birgə hazırlanmış səsdən sürətli reaktiv təyyarə bu həftə ilk sınaq uçuşunu uğurla başa vurdu.

Çərşənbə axşamı səhər günəş çıxandan dərhal sonra Kaliforniya səhrası üzərində uçan təyyarə səs sürətinə yaxınlaşaraq ilk sınağını keçirdi.

NASA, bunun "daha sürətli, lakin daha sakit" kommersiya uçuşlarına yol aça biləcək tarixi bir addım olduğunu açıqladı.



Sizin reklam burada
Sizin reklam burada